İdman

Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində debüt edəcək

Sharing is caring!


Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində debüt edəcək.

Oxu.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu millimiz 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində ilk oyununda İsveçrənin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. I qrupdakı digər görüşdə Kosovo doğma meydanda İrlandiyanı sınağa çəkəcək.

Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir