Cəmiyyət

Oğuza leysan yağıb, dolu düşüb, həyətləri su basıb – FOTO

Sharing is caring!


Bu gün axşam saatlarında Oğuz rayonuna leysan yağış yağıb, dolu düşüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, dolu, əsasən, rayonun Padar, Bayan və Kərimli kəndlərinə düşüb.

Oğuz şəhəri ərazisinə yağan leysan yağışı nəticəsində isə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir