Cəmiyyət

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları Qarabağı ölkənin sənaye mərkəzinə çevirəcək

Sharing is caring!


Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” (Cəbrayıl) sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə (24 rezident, 7 qeyri-rezident) rezidentlik və qeyri-rezidentlik statusu verilib.

Bu barədə İZİA məlumat verib. 

Bildirilib ki, bu sahibkarlıq subyektləri tərəfindən sözügedən sənaye parklarında ümumilikdə 2 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin bir çoxu artıq tikinti işlərinə başlayıb və işlər sürətlə davam etdirilir. Bəzilərində isə layihələndirmə işləri aparılır, tezliklə onlarında tikinti işlərinə başlamaları nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir