Cəmiyyət

Bakıda ana və azyaşlı övladı qəzada xəsarət alıblar

Sharing is caring!


Bakının Xətai rayonunda ana və övladının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1991-ci il təvəllüdlü Lalə Fuad qızı Hüseynova və 6 yaşlı övladı Mark Sergey oğlu Hüseynov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir