Cəmiyyət

Bir neçə gün əvvəl Masallıda baş vermiş zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib – FOTO

Sharing is caring!


Avqustun 23-də baş vermiş beş maqnitudalı zəlzələdən sonra Masallı rayonunda bəzi evlərdə çatlar əmələ gəlib, daha bir ev isə yararsız hala düşüb.

Bu barədə “Report”un Cənub bürosu xəbər verir.

Məlumata görə, zəlzələnin bu kimi fəsadları daha çox rayonun Hişkədərə kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunub.

Mişkəmi kənd sakini Cahan Kərimovaya məxsus fərdi yaşayış evi yeraltı təkanlardan sonra qəzalı vəziyyətə düşüb.

Qeyd edək ki, yerli qurumlar zəlzələnin törətdiyi fəsadlar barədə sakinlər tərəfindən məlumatlandırılıb.

Vətəndaşların müraciətləri üzrə evlərə baxış keçirilib və qeydə alınan vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət olunub.

Xatırladaq ki, avqustun 23-də yerli vaxtla saat 1:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində beş maqnitudalı zəlzələ olub.

Zəlzələ bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir