Cəmiyyət

Bakıda iki maşın toqquşub, sərnişin xəsarət alıb – FOTO

Sharing is caring!


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza “Baksol” yolunda qeydə alınıb.

Belə ki, hadisə “Opel” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması ilə baş verib.

Qəza nəticəsində “Chevrolet” markalı minik avtomobilindəki sərnişin xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.

Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən kənarlaşdırılaraq, yolda hərəkət tam bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir