Dünya

Şahzadə Harri Kraliça II Yelizavetanın anım ərəfəsində Britaniyaya gələcək

Sharing is caring!


Şahzadə Harri Kraliça II Yelizavetanın ölümünün birinci ildönümü ərəfəsində keçiriləcək xeyriyyə mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün Böyük Britaniyaya səfər edəcək.

Məlumata görə, Harri kral ailəsinin heç bir üzvü ilə görüşməyi planlaşdırmır.

Qeyd edək ki, bundan əvvəl xəbər verilmişdi ki, Britaniya kral ailəsinin rəsmi saytından şahzadə Harri və həyat yoldaşı Meqan Marklın titullarına istinadlar silinib. Bundan əlavə, onların səhifələrinə olan keçidlər kral ailəsinin üzvlərinin siyahısında ən aşağı sıraya keçib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir