Cəmiyyət

Kanada Azərbaycanlıları Şəbəkəsi Melani Jolinin bəyanatını pisləyib – FOTO

Sharing is caring!


Kanada Azərbaycanlıları Şəbəkəsi və Kanadanın Azərbaycan icması bu ölkənin xarici işlər naziri Melani Jolinin bəyanatını pisləyib.

Oxu.Az xəbər verir ki, bu barədə Kanada Azərbaycanlıları Şəbəkəsinin bəyanatında deyilir.

Belə ki, Kanada Xarici İşlər Nazirliyinin rəhbərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi – Qarabağı “Artsax” adlandırması pislənilib.

“Artsax” Azərbaycanın suveren ərazisindəki qanunsuz, Rusiyanın dəstəklədiyi, dünyanın heç bir ölkəsi, o cümlədən Kanada tərəfindən tanınmayan separatçı rejimdir. Qeyri-qanuni rejim Azərbaycanın suveren ərazilərinin 30 ildir ki, BMT tərəfindən elan olunmuş işğalına, Ermənistanın işğalı nəticəsində 40 mindən çox insanın ölümünə, 800 min azərbaycanlı mülki vətəndaşın öz ev-eşiyindən didərgin salınmasına, Azərbaycan şəhərlərinin dağıdılmasına, Qarabağ bölgəsində davam edən mina fəlakətinə görə məsuliyyət daşıyır”, – bəyanatda qeyd edilib.

Vurğulanıb ki, bu ilin yanvarında Kanadanın xarici işlər nazirinin parlament katibi ölkə parlamentinin komitəsində keçirilən müzakirələrdə haqlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

“M.Jolinin Kanadanın rəsmi mövqeyinə zidd olan son bəyanatını ən kəskin şəkildə pisləyirik. Onun şərhlərinin nəticələri məsuliyyətsizlikdir. Bu isə beynəlxalq diplomatiyaya, Ermənistan və Azərbaycan arasında Aİ-nin yardımı ilə davam edən sülh quruculuğu prosesinə zərər vurur. Biz bu məsələni şəxsən müzakirə etmək üçün görüş tələb etmişik”, – məlumatda deyilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir