Cəmiyyət

“Laçın” SBM-də erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub – VİDEO

Sharing is caring!


Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

İTV-nin verdiyi məlumata görə, bu gün məntəqədən növbəti dəfə 113 şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid edib.

Onların arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

 

Qeyd edək ki, bununla da son dörd gün ərzində “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxslərin sayı 300-dən çox olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir