Cəmiyyət

Qaxda 36 yaşlı kişini ilan sancıb

Sharing is caring!


Qaxda 36 yaşlı kişini fındıq yığarkən ilan sancıb.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Nəbi Abdullayev bağda fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. 36 yaşlı N.Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

N. Abdullayevin vəziyyəti ağır olduğu üçün Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir