Cəmiyyət

Bakıda iki avtomobilə naməlum şəraitdə zərər yetirilib – FOTO

Sharing is caring!


Bakının Nəsimi və Binəqədi rayonu ərazilərində müəmmalı hadisə baş verib.

APA xəbər verir ki, Nəsimi rayonu 20 yanvar küçəsində dayanmış 90-FB-858 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobilin alın şüşəsində güllə izinə bənzər zədə düşüb. Eyni zədə Binəqədi rayonu Adil Məmmədov küçəsində yerləşən KIA markalı avtomobilin üzərində də aşkarlanıb. Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Ekspertiza şöbəsinin əməkdaşları cəlb ediliblər. Hadisə yerindən nümunələr götürülüb.

Paytaxtın Binəqədi rayonunda odlu silahla hansısa şəxsə xəsarət yetirilməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Binəqədi və Nəsimi rayonlarında park edilən iki avtomobilə yad cisimlə zərər vurulması üzrə daxil olan məlumat üzrə araşdırma aparılır. Avtomobillərə baxış keçirilib, müvafiq ekspertiza təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir