Cəmiyyət

Biləsuvarda yeddi min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq

Sharing is caring!


Biləsuvar rayonunda yeddi min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

“Report”un Muğan bürosunun məlumatına görə, Xırmandalı qaz paylayıcı stansiyadan Bayraq meydanına qədər diametri 225 mm-lik, uzunluğu 9500 metr, Zəhmətabad kəndinə qədər olan məsafədə diametri 160 mm-lik uzunluğu 300 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması məqsədilə 25 avqust saat 10:00-dan işlər başa çatana qədər qaz təchizatı dayandırılacaq.

Qeyd olunan ərazilərdə yaşayan abonentlərə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir