Dünya

Britaniya kəşfiyyatı: “Baxmuta üç tərəfdən hücum olunur, iki əsas körpü dağıdılıb” – FOTO

Sharing is caring!

“Baxmut üç tərəfdən rusiyalı hərbçilərin hücumuna məruz qalır”.

Bu barədə məlumatı Britaniya kəşfiyyatının nümayəndələri Ukraynadakı müharibə ilə bağlı son hesabatda paylaşıblar.  

Bildirilib ki, son 36 saat ərzində şəhərdə iki əsas körpü partladılıb. Qeyd olunub ki, körpülərdən biri Ukrayna ordusunun əsas təchizat marşrutunun üzərində yerləşir.

“Ukraynanın Baxmut şəhərindəki müdafiəsi getdikcə daha çox təzyiq altında qalır, şəhər daxilində və ətrafında intensiv döyüşlər gedir. Rusiya ordusu qüvvələri və “Vaqner” qrupları şəhərin şimal ətraflarına doğru irəliləyib. Bu bölgə isə hazırda Ukraynanın nəzarəti altında olan dayaq məntəqəsidir və üç istiqamətdən Rusiyanın hücumlarına məruz qalır”, – deyə məlumatda qeyd edilib.

Britaniya kəşfiyyatı əlavə edib ki, Baxmutun müdafiəsinin gücləndirilməsi üçün Ukrayna Silahlı Qüvvələrinin elit bölmələri də cəlb edilib. Lakin son 36 saat ərzində şəhərdə iki əsas körpü partladılıb ki, onlardan biri Çasovoy Yardan gələn əsas tədarük marşrutunun üzərində yerləşirdi. Ekspertlər hesab edir ki, hazırda Ukrayna tərəfi üçün resursların çatdırılması yolları getdikcə məhdudlaşır.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir