İdman

“Qalatasaray” çətin səfərdən qələbə ilə qayıtdı – VİDEO

Sharing is caring!


“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Molde” səfərindən qələbə ilə qayıdıb.

Qarşılaşmaya meydan sahibləri erkən qolla başlayıblar. 8-ci dəqiqədə M.Ellinqsen fərqlənib. Qoldan sonra təşəbbüsü əlinə alan “cimbom” 25-ci dəqiqədə S.Oliveira və 29-cu dəqiqədə M.İkardinin qolları ilə önə keçib.

İkinci hissənin 56-cı dəqiqəsində K.Hauqen hesaba tarazlıq gətirib.

Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə F.Midsyö “Qalatasaray”ın qələbə topunu vurub.

Qeyd edək ki, cavab matçı bir həftə sonra İstanbulda oynanılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir