Cəmiyyət

İki övladı da xəstə olan ana fəryad edir: “Uşaqları yemək tapmadığım üçün bəzən ac yatızdırıram” – FOTO

Sharing is caring!


Aytac və Rövşən Tarverdiyevlərin sağalmaları üçün dəstəyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onların anası Günay Tarverdiyeva məlumat verib.

O bildirib ki, övladları müxtəlif xəstəliklərdən əziyyət çəkirlər:

“Oğlum Rövşənin dörd yaşı var. Anadangəlmə beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Hər həftə qan köçürülür, müalicələr edilir. Qızım Aytacın isə iki yaşı var. O isə epilepsiyadan əziyyət çəkir. Gün ərzində iki-üç dəfə epilepsiyası tutur, özünə gətirənə qədər, inanın, o dünyanı görüb gəlirik”.

Günay Tarverdiyeva övladlarının müalicəyə ehtiyacı olduğunu bildirib:

“Rövşənin müalicəsi üçün həkimlər Türkiyəyə getməyimizi tövsiyə edirlər. Bunun üçün isə 7 000 manata ehtiyacımız var. Aytacın isə aylıq müalicəsi 300-400 manat edir. Biz Qusarda yaşayırıq, evdə tək yoldaşım işləyir. İnanın, bəzi gecələr uşaqları ac yatızdırıram, qonşular kömək etməsələr, övladlarımı, bəlkə də, çoxdan itirmişdim. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 642-95-08

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir