Cəmiyyət

Ölkələrimiz arasında əməkdaşlıq

Sharing is caring!

müsbət dinamika ilə inkişaf edir

       Bu gün Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda bir yerdıyik.Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda bu məsələ ətraflı şərh edilib.

        Prezident deyib ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir,  ticarət, nəqliyyat, enerji, istehsal və logistika sahələrində fəal əməkdaşlıq edirik. Bundan başqa, Azərbaycan və Gürcüstan arasında birgə meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. İki ölkə arasında Cənub Qaz Dəhlizi və Trans−Adriatik Qaz Kəməri layihələri çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Gürcüstanla əlaqələrin inkişafını diqqət mərkəzində saxlayır. Qeyd olunub ki, Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Prezident dedi ki, bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. 

Dünyada enerjiyə tələbatın artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan yaradır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Bu sahədə ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər.

Şübhə yoxdur ki,  Azərbaycan və Gürcüstan arasındakı müttəfiqlik və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və bu münasibətlərdən hər iki ölkə fayda görəcək. Onsuz da biz qonşuyuq, hər zaman milli və strateji məsələlərdə, müstəvilərdə eyni mövqedən çıxış etmişik, dünyada gedən qlobal proseslərlə bağlı fikirlərimizi, sözümüzü həmrəy şəkildə demişik.

Elçin Hüseynov,

Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir