İdman

Daha bir taekvondoçumuz Cənubi Koreyada medal qazandı

Sharing is caring!


Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kiloqram, K-44) fəxri kürsüyə yüksəlib.

Yığma üzvü bürünc medala yiyələnib. Bununla da, komandanın turnirdə qazandığı mükafat sayı ikiyə çatıb. Abuzərlidən əvvəl İmaməddin Xəlilov (70 kiloqram, K-44) çempion tituluna sahib olub.

Qeyd edək ki, parataekvondo yığmamız Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir