Cəmiyyət

14 yaşlı Həmdulla qan xərçəngindən əziyyət çəkir: Müalicə üçün yardıma ehtiyacı var – FOTO

Sharing is caring!


14 yaşlı Həmdullanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Murad Muradov məlumat yayıb.

O bildirib ki, övladı 4 ildir qan xərçəngindən əziyyət çəkir.

“Həmdullanın 14 yaşı var, artıq 4 ildir qan xərçəngindən əziyyət çəkir. Demək olar hər həftə övladıma qan köçürülür, müalicələr alır. Onun bir kurs müalicəsi üçün 3 000 manata ehtiyacımız olur. Özüm tikintidə fəhlə işləyirəm, aylıq 600 manat maaş alıram. Aldığım maaşla həm evin xərclərini qarşılamaq, həm müalicələri etmək inanın mümkünsüzdür. Evdə dəyərli nə varsa, satmışıq, artıq satmağa da nəyimizsə yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: (055) 379-15-19

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir