Cəmiyyət

Xankəndi və yaxın ərazilərdə ekshumasiya işləri aparılacaq

Sharing is caring!


“Ümumilikdə kütləvi məzarlıq olduğu ehtimal edilən 425 ərazi müəyyənləşdirilib”.

Oxu.Az xəbər verir ki bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertizası proqramının koordinatoru Melahet Elif Günce qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib:

“Bu yerlər arasında Xankəndi və Xocalının da adları var. Aidiyyəti qurumlar bu ərazilərdə araşdırma aparılması üçün müəyyən planlama edəcəklər. Biz bununla əlaqədar müzakirələr aparırıq. Həmin ərazilərdə də itkin düşmüş şəxslərin axtarışı üçün ekshumasiyalar həyata keçiriləcək”, – deyə BQXK rəsmisi qeyd edib.

O bildirib ki, Azərbaycan tərəfindən itkin düşən bütün şəxslərin identifikasiyasının tam müəyyən ediləcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil:

“Lakin artıq Azərbaycanın bölgədə daha çox yerə əlçatanlığı var və araşdırmalar geniş aparılacaq. Bunun üçün bizə ən yaxşı halda 10 il lazımdır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir