Cəmiyyət

Dövlət Komissiyası: “15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilib”

Sharing is caring!


“Bu gün biz atılmış bütün bu addımların nəticəsini artıq görməyə başlamışıq. Artıq 15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsinə nail olunub. Düzdür, bu, dörd minə yaxın itkinin olmasına rəğmən, kiçik rəqəmdir. Ancaq bu, başlanğıcdır. 15 nəfərdən iki nəfəri artıq dəfn edilib. Digərləri isə yaxın zamanlarda ailələrinə təhvil veriləcək”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, bu şəxslərdən yeddi nəfər 1992-ci ildə Şuşa rayonu, Daşaltı kəndində, dörd nəfər 1993-cü ildə Kəlbəcər rayonunda, dörd nəfər isə 1993-cü ildə Füzuli rayonunda itkin düşüb. Eyniləşdirilənlərdən 11-i hərbçi, dördü mülki şəxsdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir