İdman

“Xankəndi” futbol klubu doğma meydanında oynaya biləcək? – AÇIQLAMA

Sharing is caring!




“Xankəndi” futbol klubunun AFFA-ya müraciəti daxil olmayıb”.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev Oxu.Az-a açıqlamasında bildirib.

O vurğulayıb ki, “Xankəndi” klubu eyniadlı şəhərin stadionunda oynaması ilə bağlı heç bir müraciət göndərməyib.

“Hansısa bir komanda liqada çıxış etmək istəyirsə, mövsüm başlamazdan iki ay öncə, yəni iyun ayında müraciət etməlidir. Bu məsələ ilə bağlı isə bizə heç bir müraciət daxil olmayıb”.

Qeyd edək ki, AFFA-nın mətbuat katibi Elnur Məmmədli də heç bir rəsmi müraciətin olmadığını bildirib.

Anar Həsənov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir