Cəmiyyət

TƏBİB: “Füzuliyə köçürülən sakinlər 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar” – FOTO

Sharing is caring!


“Füzuli şəhərinə köçürülən sakinlər 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunmuş rayonlara köçürülən sakinlərin TƏBİB tərəfindən tibbi müayinələri aparılır:

“Müayinələr “Böyük Qayıdış” layihəsi çərçivəsində və icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla həyata keçirilib”.

Məlumatda qeyd olunub ki, bu gün tibbi müayinədən keçən 23 ailədən olan 90 nəfər Qaradağ rayonunun Qobu park ərazisindən TƏBİB-in “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarının müşayiəti ilə Füzuliyə yola salınıb:

“Bundan başqa, Füzuli şəhərinə köçürülən sakinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir