İdman

Azərbaycan klublarının kabusuna çevrilən “lotereya” – VİDEO

Sharing is caring!


Azərbaycan klubları doqquzuncu dəfə avrokuboklarda penaltilər seriyasında uğursuzluqla üzləşiblər.

Oxu.Az xatırladır ki, “Sabah“ UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya “Partizan”ına “lotereya”da yenilib.

Ev matçında 2:0 üstün olan “futuristlər” səfərdə eyni hesabla uduzublar. Əlavə vaxtda hesab dəyişməyincə, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan serblər mərhələ adlayıblar.

Ümumiyyətlə, penaltilər seriyası Azərbaycan klubları üçün kabusa çevrilib. İndiyə qədər heç vaxt təmsilçilərimiz “lotereya”nı qalib tamamlaya bilməyiblər.

“Sabah”dan öncə “Bakı fəhləsi” və “Bakı” hərəyə bir dəfə, “Qarabağ” iki dəfə penaltilərdən sonra avrokubokla vidalaşıblar. Bu baxımdan ən uğursuz klub “Şamaxı”dır. “Şirlər” “İnter” adlandığı dönəmdə üç, “Keşlə” olarkən isə bir dəfə 11 metrlik cərimə zərbələrinin “qurbanı olublar”.

Azərbaycan klubları avrokuboklarda penaltilər seriyalarında

1998/99 mövsümü, İntertoto kuboku

“Bakı fəhləsi” – “İnkaras” (Litva) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)

2007/08 mövsümü, İntertoto kuboku

“Daçiya” (Moldova) – “Bakı” – 3:1 (hər iki oyun – 1:1)

2010/11 mövsümü, Çempionlar Liqası

“Lex” (Polşa) – “İnter” – 9:8 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)

2012/13 mövsümü, Avropa Liqası

“Asteras” (Tripolis, Yunanıstan) – İnter – 4:2 (hər iki oyun – 1:1)

2014/15 mövsümü, Avropa Liqası

“İnter” – “Elfsborq” (İsveç) – 3:4 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)

2020/21 mövsümü, Avropa Liqası

“Keşlə” – “Laçi” (Albaniya) – 4:5 (yeganə oyun – 0:0)

2020/21 mövsümü, Çempionlar Liqası

“Qarabağ” – “Molde” (Norveç) – 5:6 (yeganə oyun – 0:0)

Konfrans Liqası 2022/23 mövsümü

“Qarabağ” – “Gent” (Belçika) – 3:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)

2023/24 mövsümü, Konfrans Liqası

“Sabah” – “Partizan” (Serbiya) – 4:5 (hər iki komanda evdə qalib gəlib – 2:0)

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir