İdman

Donald Gerye: “Qurban Qurbanovun qızım öləndəki davranışını unutmayacağam”

Sharing is caring!

“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Polşanın “TVP Sport” nəşrinə müsahibə verib.

Qaynarinfo xəbər verir ki, haitili yarımmüdafiəçi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla münasibətlərindən danışıb.

“Qızım öləndən sonra çox aciz olmuşdum. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun həmin vaxtdakı davranışını unutmayacağam. O, mənə ata kimi idi. Bu günə qədər onu ruhdan saldığım üçün təəssüflənirəm. İndiki məsuliyyətim olsaydı, karyeram fərqli olardı”, – deyə Donald Gerye bildirib.

33 yaşlı oyunçunun sözlərinə görə, Qurban Qurbanov “Qarabağ”, “Qarabağ” da Qurban Qurbanovdur:

“Orada hamı ona qulaq asır. O, xırda imkanlarla güclü komanda yaratdı. Uğurları var, ancaq yenə də komanda uğura acdır. Onun necə peşəkar olduğunu görmüşəm. Qurbanovun Azərbaycandan kənarda çoxlu təklifləri olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Onun sözü müqəddəsdir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyir. Hamı ona hörmət edir. Orada oynadığım 4 ildə başa düşdüm ki, bu klubun matçları və nəticələr çox önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz, azarkeşlər üçün deyil, döyüş bölgəsində olan insanlar üçün oynayırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir