Cəmiyyət

“Qaçqınkom”: “İlin sonunadək 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub”

Sharing is caring!


“Bu ilin sonunadək ümumilikdə 2 000-ə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 000-ə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Fuad Hüseynov deyib.

“Bu gün artıq ölkəmizin, Qarabağımızın ən iri, qədim, füsunkar guşələrindən olan doğma Füzuliyə ilk köç karvanını yola salırıq. Bu münasibətlə bütün Füzuli sakinlərini, qarabağlılarımızı, keçmiş məcburi köçkün soydaşlarımızı, xalqımızı ürəkdən təbrik edirəm. Bu gün “Qobu” yaşayış kompleksindən Füzuli şəhərinə ilk mərhələdə qayıdacaq 23 ailə – 90 nəfərin köç karvanı yola salınır. Köç möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir”, – F.Hüseynov qeyd edib.

“Ümumilikdə bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb. 

Biz əminik ki, bu proses qarşıdakı aylarda daha intensiv xarakter alacaq və “Böyük Qayıdışa dair I Dövlət Proqramı” vaxtında, yüksək səviyyədə icra olunacaq. Fürsətdən istifadə edərək doğma torpaqlarına qayıdan Füzuli sakinlərinə firavan həyat arzulayıram”, – komitə sədrinin müavini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir