İdman

“Sabah”ın baş məşqçisi: “Partizan” böyük təcrübəyə malikdir”

Sharing is caring!


“Rəqib böyük təcrübəyə malik komandadır”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Serbiyada “Partizan”a 0:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis penaltilər seriyasında uduzduqları üçün təəssüfləndiyini bildirib: “Onlara meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. Böyük qüvvə ilə irəli atılmışdılar. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıq və oyun sakit məcrada keçdi”.

Musayev əlavə vaxtda sərgilədikləri oyundan razı qaldığını vurğulayıb: “Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi.

“Partizan”ı növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir