Cəmiyyət

Füzuli şəhərinə ilk köç başlayıb – FOTO

Sharing is caring!


Füzuli şəhərinə ilk köç başlayıb.

“Report” xəbər verir ki, ilk olaraq 23 ailənin (90 nəfər) qayıdışı təşkil olunub.

Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən 23 ailə yola salınıb.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir