Cəmiyyət

Bakının mərkəzi yolunun bir hissəsi bağlanıb – XƏRİTƏ

Sharing is caring!


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı avtomobil sahiblərinə müraciət edib.

Bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməyə qədər (metronun “Sahil” stansiyasının yanı) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə əlaqədar yolun bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

“Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni kanalizasiya xətləri quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır. Sürücülərə Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət etmək tövsiyə olunur, onlar Rəşid Behbudov küçəsi ilə kəsişməni keçərək düz irəlidə, metronun “Sahil” stansiyasının yanından Zərifə Əliyeva küçəsinə və daha sonra Azneft dairəsinə gedən yoldan istifadə etməlidirlər”.

“Sürücülərə avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – DYP rəsmisi vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir