Cəmiyyət

Qarabağ Xronikası: Ermənilərin Qarabağda 670-dən artıq hərbi obyekti var – VİDEO

Sharing is caring!


Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 119-cu buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Qarabağda, erməni azlığının yerləşdiyi Azərbaycan ərazilərində gərginliyin artmasından bəhs edib.

F.İsazadə qeyd edib ki, aparılan araşdırmalar nəticəsində Qarabağda mart-avqust ayları aralığında separatçılara məxsus hərbi obyektlərin sayında artım aşkarlanıb:

“Bu günlərdə apardığımız araşdırmalar onu göstərir ki, gözlə müşahidə edilə biləcək obyektlərin sayında ciddi artım var. Mart ayında müəyyən etdiyimiz obyektlərin sayı 499 ədəd təşkil edirdi. Apardığımız araşdırmanın nəticəsində daha 172 yeni hərbi obyekt aşkar etdik. Yəni mart-avqust ayları aralığında Qarabağda separatçılara məxsus hərbi obyektlər 499-dan 671-ə çatdırılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir