Cəmiyyət

Astarada dənizdə batan 26 yaşlı oğlanın meyiti tapılıb

Sharing is caring!


Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

“Report”un xəbərinə görə, hadisə avqustun 15-də Xəzər dənizinin Astara rayonunun Şahağacı kəndinə aid hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1997-ci il təvəllüdlü Hüseynağa Səmədov dostu ilə dənizdə çimərkən boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən avqustun 16-da aşkarlanaraq sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir