Cəmiyyət

BSU-nun sabiq şöbə müdirinə qarşı daha 35 min manatlıq mülki iddia qaldırılıb

Sharing is caring!


Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda daha yeddi nəfər zərərçəkmiş kimi tanınıb. Zərərçəkmiş şəxslər onlara dəyən 35 min manat ziyanın geri qaytarılması üçün mülki iddia qaldırıblar.

Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.

Bundan əvvəl Bakı Slavyan Universiteti tərəfindən Dürdanə Əliyevaya qarşı 218 min manat məbləğində mülki iddia qaldırılıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvətalma) maddələri ilə cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir