İdman

Premyer Liqa: “Zirə” “Qəbələ” ilə, “Qarabağ” “Səbail”lə üz-üzə gələcək

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

İlk olaraq “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Qartallar” 24 xalla liderdir, “qırmızı-qaralar” səkkiz xalla sonuncu – 10 pillədə qərarlaşıb.

Günün ikinci matçında “Qarabağ” “Səbail”lə üz-üzə gələcək. Ağdam təmsilçisi 23 xalla ikinci, “dənizçilər” 21 xalla dördüncü sıradadır.

16:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (1:0), “Sumqayıt” “Neftçi”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:2) məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir