Cəmiyyət

Bakıda qəza törədən avtomobil işıq dirəyini aşırıb – FOTO

Sharing is caring!


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirən sürücü minik vasitəsini işıq dirəyinə çırpıb. Zərbənin təsirindən işıq dirəyi aşıb, avtomobil isə deformasiyaya uğrayıb.

Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb ediliblər. Yararsız vəziyyətə düşən minik avtomobili cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir