Cəmiyyət

Xətai rayon sakinləri əvvəllər normal qrafiklə verilən suyu indi çıraqla axtarırlar – VİDEO

Sharing is caring!


Paytaxtın General Şıxlınski küçəsinin sakinləri iddia edirlər ki, yeddi gündür yaşadıqları əraziyə su verilmir.

Xezerxeber.az xəbər verir ki, əvvəllər qrafiklə vaxtlı-vaxtında verilən içməli suyu Xətai sakinləri indi gündüzün günorta çağı çıraqla axtarırlar.

Sakinlər iddia ediblər ki, doqquz mərtəbəli binanın yalnız aşağı mərtəbələrinə su verilir. O da aşağı təzyiqlə. Qalan yeddi mərtəbənin sakinləri içməli suya həsrətdirlər.

Sakinlərin su probleminin həlli ilə bağlı Xətai rayon Su Kanal İdarəsinin baş mühəndisi Əbülfəz Mamoyev qeyd edib ki, sözügedən ünvanda hazırda sayğaclar yoxlanılır.

“Qənaət məqsədi ilə binaya su qrafiklə verilir”.

Əbülfəz Mamoyev hazırda sözügedən ünvanda gündüz saatlarında beş saat, axşam saatlarında dörd saat su verildiyini bildirib.

Onun sözlərinə görə, sakinlərin əksəriyyətinin binanın damında çəni olduğundan su xətti bir başa çənə birləşdirilib. Bu da binanın tam təzyiqlə su ilə təminatına problem yaradır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir