İdman

Levandovski və “Bavariya”nın idman direktoru bir-birlərinə qeyri-adi vəd verdilər – FOTO

Sharing is caring!

“Barselona”nın forvardı Robert Levandovski “Bavariya”nın idman direktoru Həsən Salihamidziçlə görüşüb.

Bu barədə “Bayern&Germany”nin “Twitter” hesabında xəbər verilib.

Məlumata görə, Münhendə görüşən polşalı hücumçu və keçmiş klubunun nümayəndəsi mətbuatda bir-birinin ünvanına pis danışmamağa söz veriblər.

Qeyd edək ki, Levandovski “Barselona”nın mövsümöncəsi turunu başa vurduqdan sonra Almaniyaya yollanıb.

Almaniya Bundesliqasının son mövsümündə Levandovski 35 qol vuraraq turnirin ən yaxşı bombardiri olub. Polşalı forvardın “Bavariya” ilə müqaviləsi 2023-cü ilin yayına kimi hesablanıb, İspaniya klubu ilə yeni müqaviləsi isə 2026-cı ildə başa çatır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir