İdman

“Neftçi” “Beşiktaş”la oyun öncəsi Rusiya çempionu olmuş hücumçu transfer etdi – VİDEO

Sharing is caring!


“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirib.

Paytaxt təmsilçisi nigeriyalı forvard Aaron Olanereni transfer edib.

Məlumatı klubun mətbuat xidməti yayıb.

29 yaşlı forvardın adı “ağ-qaralar”ın UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ı ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Karyerasına ölkəsinin “Dolphin” klubunda başlayan Olanere son olaraq Türkiyədə “Erzurumspor”un formasını geyinib. O, həmçinin, Norveçdə “Valerenqa” və “Sarpsborq”un, Çində “Quançjou Siti”, “Siçuan Lonqfor” və “Çanqçun Yatay”ın, Rusiyada ÇSKA və “Amkar”ın, İsraildə “Beytar”ın (Yerusəlim) uğurları üçün çalışıb. Hücumçu Nigeriyanın əsas millisində yeddi matçda iki qol vurmağı bacarıb.

Olanere MOİK-in heyətində 2016-cı ildə Rusiya çempionu, “Çanqçun Yatay”da isə 2020-ci ildə Çin I Liqasının qalibi olub. Ümumilikdə, karyerası ərzində 217 oyun keçirən mərkəz hücumçusu 73 qol vurub, 23 məhsuldar ötürmə edib ki, bu da kifayət qədər yüksək göstərici hesab olunur. Olanere ötən mövsüm “Erzurumspor”un heyətində 23 matçda dörd qol, iki assistlə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir