Cəmiyyət

Sabirabadda itkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı

Sharing is caring!


Sabirabadda itkin düşən gəncin meyiti Kür çayının sahilində tapılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

Bildirilib ki, avqust ayının 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü Rafət Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub. Onun Kür çayı qırağında heyvanları otarmaq üçün getdiyi, lakin geri qayıtmadığı bildirilib. Çayın kənarında ona məxsus paltarlar aşkarlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin cəsədi bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir