Siyasət

Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalanıb – FOTO

Sharing is caring!


Bu gün Naxçıvan şəhərində keçirilmiş Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalanıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.

Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir