Cəmiyyət

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin tarixi açıqlanıb

Sharing is caring!


Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

“İmtahana buraxılış vərəqəsi”ni çap etmək etmək üçün keçidlə linkdə tanış ola bilərsiniz: https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32

DİM-dən qeyd olunub ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır”, – deyə DİM-dən vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir