Kriminal

Keçmiş arvadının başını kəsən şəxslə bağlı qərar verildi

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhmanovun qətli törətdiyi vaxt anlaqsız olduğu müəyyən edilib və o 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib.

Xatırladaq ki, R.Rəhmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. İttihama görə, həyat yoldaşının xəyanət etdiyini düşünən R.Rəhmanov boşanıb. Bir müddətdən sonra o, keçmiş həyat yoldaşı Svetlana Məmmədovanın küçədə başqa avtomobilə əyləşdiyini görüb. Həmin gün R.Rəhmanov S.Məmmədovanı küçədə tutaraq boş sahəyə aparıb və orada onun boğazını kəsərək qətlə yetirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir