Cəmiyyət

Bütün bədəni yanan Yusifin anası: “Müalicəni davam etdirə bilmirik” – FOTO

Sharing is caring!


8 yaşlı Yusif Qorxmaz oğlu Quliyev ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Aynur Quliyeva məlumat verib.

O bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

“Biz Masallıda imkansız şəraitdə yaşayırıq. Yusifi çimizdirmək üçün bir vedrə suyu qaynamağa qoymuşdum. O da uşaqlarla oynayarkən bilmədən vedrəyə dəyib, nəticədə isti su onun bütün bədəninə tökülüb. Övladım Bakıda yerləşən xəstəxanalardan birində müalicə alsa da, imkansızlıqdan müalicəni yarımçıq saxlamalı olduq. Mənim 5 uşağım var, yoldaşım da dünyasını dəyişib. İnanın uşaqları çox çətinliklə böyüdürəm. Hazırda Yusifin müalicəsi üçün 1 000 manata ehtiyacımız var. Bu məbləği toplaya bilmək mənim üçün imkansızdır. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 458-86-36

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir