Cəmiyyət

Kürdəmirdə “Ford Tranzit” “KamAZ”a çırpılıb, ölən və yaralanan var – FOTO

Sharing is caring!


Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, içi pomidorla dolu olan “Ford Tranzit” markalı yük avtomobili Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Bərdə rayon sakini, Qurbanzadə Aminin idarə etdiyi və yük yerində mişar daşı ilə dolu olan “KAMAZ”a çırpılıb.

Nəticədə “Ford Tranzit”dəki iki nəfər – Gəncə şəhər sakinləri, sürücü 39 yaşlı İsgəndərov Ramin Akif oğlu və onun sərnişini Heydərov Ramin Sabit oğlu ağır bədən xəsarətləri alıblar.

Ağır bədən xəsarəti almış Gəncə sakini Ramin Heydərov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir