Dünya

Millimizin üzvünün komandası Türkiyə çempionatında yarımfinala yüksəldi

Sharing is caring!


Türkiyə Qadınlar Super Liqasında yarımfinalçılar məlum olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun idman direktoru olduğu “Fomget” 1/2 finala yüksəlib. Ankara təmsilçisi 1/4 finalda “Fatih Vatan”a 4:0 hesabı ilə qalib gələrək buna nail olub.

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Əhmədovanın da formasını geyindiyi komanda yarımfinalda turnirin favoritlərindən “ALG Spor”la üz-üzə gələcək.

Digər yarımfinal matçında “Qalatasaray” və “Fənərbağça” üz-üzə gələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir