Cəmiyyət

Ucarda çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb

Sharing is caring!


Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinə rayonun Təzə Şilyan kəndi ərazisində yerləşən çöllük ərazidə narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.

Gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Bərgüşad kənd sakini Əmiraslan Məcidli və onun qohumu, Göyçay rayonunun Cəyirli kənd sakini  Tural Məcidov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” yaxalanıblar. Bu zaman hər iki şəxs məsuliyyətdən yayınmaq üçün həmin ərazidən qaçmağa cəhd etsələr də, onların bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Həmin əraziyə keçirilən baxış zamanı isə yaş çəkisi 58 kiloqrama yaxın olan 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Aşkar olunan faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, Ə.Məcidli və T.Məcidov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir