Cəmiyyət

Çoxmilyonlu auditoriyası olan resurs CBC telekanalının filmini nümayiş etdirdi – VİDEO

Sharing is caring!


Azərbaycanın beynəlxalq teleradio şirkəti CBC-nin Mali və Burkina-Fasoda Fransa müstəmləkəçiliyinin qanlı tarixi və nəticələri haqqında hazırladığı sənədli filmlər “Russia Today” televiziya kanalında nümayiş etdirilib.

Fransa müstəmləkəçiliyinin Afrika ölkələrinə təsirlərinə həsr olunan sənədli filmlərin baş prodüseri CBC telekanalının baş direktoru Vüqar Xəlilovdur.

CBC-nin bu film silsiləsi Afrikada baş verən tarixi hadisələri dərk etmək baxımından yeni səhifə açır, regiondakı münaqişələrin və Fransanın Afrikadakı siyasi oyunlarının mürəkkəbliyini, Afrika xalqlarının qul kimi istismar edilməsini nümayiş etdirir.

Bu sənədli filmlərin “Russia Today”də göstərilməsi təkcə beynəlxalq auditoriyanın neokolonializm haqqında anlayışını genişləndirməklə kifayətlənmir, həm də Fransanın yaratdığı qlobal problemlərin dərin və hərtərəfli işıqlandırılmasının əhəmiyyətini vurğulayır.

CBC-nin çəkiliş qrupları Afrikada olarkən Əlcəzair, Buake, Seneqalda çəkilişlər aparıb, Mali və Burkina-Faso dövlətlərinin başçılarından müsahibələr götürərək bu ölkələrin mövcud siyasi və sosial problemləri haqqında eksklüziv baxış ortaya qoyublar.

Sözügedən jurnalist araşdırmaları və reportajlar Afrika ölkələrinin üzləşdiyi məsələlərin ciddiliyini və aktuallığını vurğulayır.

Qeyd etmək lazımdır ki, RT dünyanın 100-dən çox ölkəsində 800 milyon tamaşaçı auditoriyasına malikdir.

Afrika mövzularını geniş işıqlandıran Rusiyanın “Улыбаемся и машем” (“Gülümsəyirik və əl edirik”) “Telegram” kanalı qeyd edir ki, “CBC TV Azerbaijan” mütəmadi olaraq yüksək peşəkarlıqla Afrikadakı xəbərləri və hadisələri, bu qitədəki antikolonializm aspektlərini rus dilində təqdim edərək auditoriyaya unikal və keyfiyyətli məzmun təklif edir.

“Telegram” kanalının fikrincə, bu, oxşar mövzuların işıqlandırılmasında Rusiyanın nəhəng media qurumlarının qarşısına mövcud olan standartları xeyli yüksəltmək kimi öhdəlik qoyur.

Kanal qeyd edir ki, “CBC TV Azerbaijan” Azərbaycanın beynəlxalq peyk televiziya kanalı olaraq, RT (“Russia Today”), RİA, “Sputnik” kimi böyük media şirkətlərinə Afrika və antikolonializm mövzularını keyfiyyətli işıqlandırmaqda peşəkarlıq nümunəsi göstərir. Kanal rus dilində təqdim olunan yüksəksəviyyəli jurnalist işini xüsusi vurğulayır.

Bu da informasiyanı geniş auditoriya üçün daha əlçatan edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir