Mədəniyyət

Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”

Sharing is caring!




“Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb”.

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva APA-nın müvafiq sualına cavabında deyib.

Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb:

“Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından, həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil”.

Səbinə Hacıyevanın sözlərinə görə, 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Amaras monastırında da monitorinq aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir