Cəmiyyət

Zaqatalada kollecdə yanğın olub – FOTO

Sharing is caring!


Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın baş verib.

APA-nın məlumatına görə, yanğın kollecin ümumi sahəsi 500 kvadratmetrlik hissəsində olub.

Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.

Yanğın gecə saat 00:16-da tam söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün 450 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir