Dünya

Moskvada “xeyirxah” robotlar peyda oldu – VİDEO

Sharing is caring!


Rusiyanın Moskva şəhərində insan paltarında olan antropomorf robot piyada keçidində digər robotu yolun o tayına keçirib.

Robotun təkərli çatdırılma robotu olan digərinə etdiyi kömək videoya düşüb.

Video “Novosti Moskvı” “Telegram” kanalında yayımlanıb.

Sosial şəbəkə istifadəçiləri bu mənzərə qarşısında xoş hisslər yaşayıblar.

İstifadəçilər “Bunu geniş kütlələrə təqdim etməyin çoxdan vaxtıdır. Əyləncəli və qeyri-ənənəvidir. Əsas odur ki, robotların inkişaf limiti olsun”, “Gülümsətdi”, “Necə xoşdur!”, “Şalvarda o necə də şirindir”, “Dəbli”, “İkiqat həssaslıq”, “Oqo, texnologiya irəliləyir” kimi şərhlər yazıblar.

Mənbə: Moslenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir