Cəmiyyət

“Bəyin oğurlanması” süni intellektin təqdimatında – VİDEO

Sharing is caring!


Süni intellekt vasitəsilə “Bəyin oğurlanması” filmindən elçilik səhnəsi aktyorların səsləri saxlanılmaqla ingilis dilinə çevrilib.

Oxu.Az xəbər verir ki, video bir sıra sosial media hesablarında paylaşılıb.

Qeyd edək ki, 1985-ci ildə çəkilmiş bu film, Azərbaycan kino sənətinin unudulmaz əsərlərindən biri olaraq qalır. Film, Ceyhun Mirzəyev və Vaqif Mustafayevin rejissorluğu ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib. Əsas rolları Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar) və digər tanınmış aktyorlar ifa ediblər. Filmdə Azərbaycanın toy adətləri haqqında film çəkmək istəyən, lakin bunu bacara bilməyən bir rejissorun hekayəsindən bəhs olunur. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir