Cəmiyyət

Kürdəmirdə iki avtomobil toqquşdu: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil Ucar istiqamətində hərəkətdə olarkən ona arxadan gələn “Reno” markalı nəqliyyat vasitəsi çırpılıb.

Nəticədə 3 nəfər – VAZ-2106-nın sürücüsü, Ucar rayon sakini 70 yaşlı Gülağa Abdurrahmanov Əhməd oğlu və Bakı sakinləri, 72 yaşlı Yadigar Şamilov Müzəffər oğlu və 4 yaşlı Həsən Şamilov Əlabbas oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir